AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Qarabağ” - “Qəbələ” görüşündəki neqativ hallara hüquqi qiymət verilib.
“Qəbələ”nin altı futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Miçel aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün dörd oyunluq cəzalandırılıb, klub 3200 manat cərimə olunub.
Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozub. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan Qurbanov final oyununu tribunadan izləməli olacaq. Bu, həmçinin, “qırmızı-qaralar”ın 800 manatlıq cərimə olunmasına səbəb olub.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.