Süni intellekt 20 il gizlənən cinayətkarı tutmağa kömək edib

Süni intellekt 20 il gizlənən cinayətkarı tutmağa kömək edib
10 May 2019 12:36

Çinin "DeepGlint Technology" şirkətinin hazırladığı süni intellekt əsasında sifətin tanınması sistemi yerli polisə 20 il ərzində gizlənən cinayətkarı saxlamağa kömək edib. Cinayətkarın tutulması və törətdiyi əməl barədə ətraflı məlumat verilməsə də, şirkət nümayəndələri texnologiya vasitəsilə artıq 100-dən çox şübhəli şəxsin saxlanıldığını bildiriblər.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "DeepGlint Technology" əməkdaşlarının sözlərinə görə, sistem insan gözü strukturuna əsaslanır və kameraların köməyi ilə 50 metr məsafədən insan və nəqliyyat vasitələrini fərqləndirə bilir. Şübhəli hərəkətlər aşkarlanan zaman dərhal bildiriş alan hüquq-mühafizə orqanları tərəfindən vəziyyətə müvafiq reaksiya göstərilir.

Bildirilir ki, Çində sifətin tanınması sistemləri cinayətkarların axtarışı ilə yanaşı, qayda pozuntularının aşkarlanması məqsədilə vətəndaşların davranışının izlənilməsi üçün aktiv istifadə edilir. Bu, ideal cəmiyyət yaratmaq məqsədi daşıyan vahid sosial reytinq sisteminin tərkib hissəsini təşkil edir. Bu yaxınlarda texnologiyanın tətbiqinin ilkin nəticələri məlum olub.

Realpress.az



25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.