Domodedovo” hava limanında təyyarəyə bomba keçirmək istəyən şəxs saxlanıldı

Domodedovo” hava limanında təyyarəyə bomba keçirmək istəyən şəxs saxlanıldı
11 May 2019 09:05

Moskvanın “Domodedovo” hava limanında baqajında təyyarəyə Böyük Vətən Müharibəsi illərindən qalmış və içərisindəki partlayıcısı zərərsizləşdirilmiş bomba keçirmək istəyən şəxs saxlanılıb.

Realpress.az bildirir ki, hava limanının mühafizə xidmətindən verilən məlumata görə, həmin şəxs təyyarəyə buraxılmayıb.

“Təhlükəsizlik xidməti transfer reysinin sərnişinin baqajında qadağan edilmiş əşya aşkarlayıb və onu reysdən kənarlaşdırıb. İlkin ehtimallara görə, bomba Böyük Vətən Müharibəsi illərinə aid idi və partladıcısı çıxarılmışdı. Məsələylə bağlı araşdırmalar başlanıb. Hava limanı hazırda ştat rejimində fəaliyyət göstərir”,- deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan kişi Volqoqraddan Londona uçurmuş və şübhəli yükü suvenir olaraq aparmaq istəyirmiş.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.