Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar
13 May 2019 09:09

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya əyalətinin yaşayış məntəqələrini atəşə tutublar.

Realpress.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa (3 dəfə), Cubb-əz-Zarur, Dərh-Əbu-Əsəd və Nahşebba yaşayış məntəqələrini atəşə tutublar".