Kiyevdə Heydər Əliyevin 96 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib - FOTO

Kiyevdə Heydər Əliyevin 96 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib - FOTO
13 May 2019 15:45

Ukraynanın paytaxtı Kiyevdə Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 96 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib.

Realpress.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ukrayna Xarici İşlər Nazirliyinin, meriyanın rəsmiləri, Ukrayna Ali Radasının deputatları, xarici diplomatik korpus rəhbərləri, yerli media nümayəndələri və şəhər sakinləri iştirak ediblər. İlk öncə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayan səfir yerli sakinlərin və xarici turistlərin zövqünü oxşayan istirahət parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş etno-caz musiqi festivalının unudulmaz anlar yaşadacağını qeyd edib.

Tədbirdə çıxış edən Ukrayna Caz Assosiasiyasının rəhbəri Sergey Qrabar Azərbaycanın tarixin bütün dönəmlərində dünyanın musiqi xəzinəsinə bəxş etdiyi dəyərli töhfələrdən danışıb. Paytaxt Kiyev şəhərində Azərbaycanla Ukraynanın tanınmış cazmenlərinin iştirakı ilə musiqi festivalının ənənəvi hal almasına görə Azərbaycanın Ukraynadakı səfirliyinə minnətdarlığını bildirib.

Sonra Fransada yaşayan azərbaycanlı caz ifaçı, bəstəkar və pianoçu Etibar Əsədlinin və tanınmış tarzən Şəhriyar İmanovun birgə ifası musiqisevərlərə duyğulu anlar yaşadıb.

Açıq səma altında keçirilən festivalda E.Əsədli və Ş.İmanovun birgə caz kompozisiyası dinləyicilərin böyük rəğbətinə səbəb olub.

Daha sonra Ukraynanın məşhur "Z-Band" qrupunun ifasında maraqlı caz kompozisiyası iştirakçıların yaddaşında böyük iz buraxıb.


6 Dek 2019
Mədəniyyət

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət”

Elxan Nəcəfovun tərtib etdiyi “ Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında qeydlər

28 Noy 2019
Mədəniyyət

“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına

Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

20 Noy 2019
Mədəniyyət

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Alim Qasımov öz adını verdiyi kiçik nəvəsi Alimlə muğam ifa edib.