Yeni nəsil “iPhone” qurğularının texniki xüsusiyyətləri məlum olub

Yeni nəsil “iPhone” qurğularının texniki xüsusiyyətləri məlum olub
14 May 2019 09:52

“Apple” şirkəti 2019-cu ilin payızında üç yeni nəsil smartfon təqdim etməyi planlaşdırır. Həmin qurğular yeni “A13” prosessoru, üçüncü əsas kamera ilə təchiz ediləcək və korpusun qalınlığı bir qədər artacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Xs” və “Xs Max” smartfonlarının xarici görünüşü əvvəlkilərdən fərqlənməyəcək, onların korpusu yarım millimetr qalın olacaq.

 

Smartfonlar çox geniş baxış bucağına malik üçüncü əsas kamera ilə təchiz ediləcək. Yeni “iPhone Xr” smartfonunda optik zumu dəstəkləyən əlavə kamera modulu quraşdırılacaq.

 

Yeni cihazlar, həmçinin simsiz enerjidoldurma texnologiyasına malik olacaqlar.

 

Yeni qurğuların “iPhone 11” və ya “XI” adlandırılacağı güman edilir.

 Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.