Bu gün “Eurovision” başlayır

Bu gün “Eurovision” başlayır
14 May 2019 11:16

Bu gün 64-cü "Eurovision" mahnı müsabiqəsi start götürəcək.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.

Festivalın açılışını ötən il qalib olan Netta Barzilai və 1998-ci ildə  İsrailə birincilik gətirən Dana International edəcək. Layihənin aparıcıları isə Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub olacaq.

Artıq dünən birinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Bu məqamda bildirək ki, səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah  bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.

20 Sent 2019
Şou-biznes

Sayqa Cahid avtomobil qəzasına düşdü - VİDEO

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

19 Sent 2019
Şou-biznes

“Maşın”da onlar yarışacaq – SİYAHI

Ölkənin ən reytinqli  layihəsi olan “Maşın” şou oktyabrın 1-dən  start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.