Sahil Babayev ödənişli ictimai işlə təmin olunanların sayını açıqladı

Sahil Babayev ödənişli ictimai işlə təmin olunanların sayını açıqladı
14 May 2019 12:15


Bu ilin ötən dövründə minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artıb.

Realpress.az-ın məlumatına görə, bunu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub:

“2019-cu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib. Sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır”.


21 Sent 2019
İqtisadiyyat

Dövlət Komitəsi telefonları, kompüter avadanlıqlarını satışa çıxarır

Dövlət Komitəsi telefonları, kompüter avadanlıqlarını satışa çıxarır

19 Sent 2019
İqtisadiyyat

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.