Prezident Rasim Balayevə nə deyib? — AÇIQLAMA

Prezident Rasim Balayevə nə deyib? — AÇIQLAMA
14 May 2019 13:02

Xalq artisti Rasim Balayev bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşməsi barədə danışıb.

Sənətkar Realpress.az-ın əməkdaşı ilə bildirib ki, ölkə rəhbəri ona tez-tez görüşəcəklərini deyib: 

"Tədbirə sənətkarlar da dəvət edilmişdi. Zeynəb Xanlarova, Tahir Salahov, mən və bir neçə sənətkar  yaxın oturmuşduq. Tədbirdən çıxanda biz tərəfə də yaxınlaşdı. Ayaqüstü qısa söhbətimiz oldu. Yaradıcılıqla bağlı heç nə danışmadıq. Çünki orada elə geniş danışmağa imkan da yox idi. Sonra dedi ki, sağlıq olsun, hələ tez-tez görüşəcəyik".

Qeyd edək ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti Rasim Balayevlə görüşüb söhbət etmişdilər. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.