“Avroviziya-2019” birinci yarımfinalı başa çatdı - YENİLƏNİB + VİDEO

“Avroviziya-2019” birinci yarımfinalı başa çatdı - YENİLƏNİB + VİDEO
15 May 2019 08:47


“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində 17 ölkənin iştirakçısı öz çıxışlarını yekunlaşdırdı. Bir daha təkrar olaraq bütün iştirakçıların çıxışları qısa olaraq təqdim edildi. Bu, səsləri düzgün istiqamətdə vermək üçün nəzərdə tutulan müsabiqə qaydalarından biridir.

Səs verməyə start verən aparıcılar səhnəni 1998-ci ildə İsrailə qələbə sevinci bəxş edən 50 yaşlı Dana İnternationala təhvil verdilər. Müğənni dünya şöhrətli musiqiçi Bruno Marsın “Just The Way You Are” bəstəsini canlı ifa edib. 

 realpress.az xəbər verir ki, yarışmanın final mərhələsinə 10 ölkə çıxıb. Müsabiqənin qaydalarına əsasən, böyük beşlik ölkələri Fransa, İspaniya, İtaliya Böyük Britaniya, Almaniya və yarışmaya ev sahibliyi edən İsrail birbaşa finala vəsiqə qazanıb. Onlarla yanaşı Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya finala keçə bilib.

Bir neçə gün öncə baş tutan ikinci məşq zamanı münsiflər heyəti  öz səslərini iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir. 

Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan, Portuqaliya finala keçməyən ölkələr oldular.

Qeyd edək ki, birinci yarımfinalda Azərbaycan səs vermək hüququna malik olmayıb.



14 may. 23:32

İsrailin paytaxtı Tel-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayıb.

realpress.az xəbər verir ki, bu gecə yarışmanın  birinci yarımfinalında 17 ölkə təmsilçisi biri-birindən fərqli, gözoxşayan şouları ilə çıxış edəcək.

17 ölkəyə Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Mariono daxildir.

Müsabiqənin açılışını ötən il qalib olan Netta Barzilai edib.

Hazırda Avroviziya İTV-də birbaşa olaraq canlı yayımlanır.

Qeyd edək ki, “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub. 

Rəşad Əliyev 

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.