Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü
15 May 2019 10:37

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə "ACE" kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.


16 Apr 2024
Cəmiyyət

Cəbrayılda minalar aşkarlanıb - FOTO/VİDEO

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

16 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

16 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

16 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Özbəkistan prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.