Problemli kreditlərlə bağlı yeni xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO

Problemli kreditlərlə bağlı yeni xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO
15 May 2019 10:41

Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

300 minə yaxın vətəndaşın isə yeni güzəştli kredit müqavilələri ilə təmin edilməsi, yəni restrukturizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu prosesə də start verilib.

Orxan İsmayılov bankların bu müqavilələr üçün tələb etdiyi zaminlər məsələsinə də toxunub.

O deyib ki, bu, bankla vətəndaş arasında həll olunacaq məsələdir.

Kredit tarixçələri korlanmış vətəndaşlara gəlincə isə, onların bundan sonrakı ödənişləri "qara siyahılar"dan çıxmasında mühüm rol oynayacaq.
Yeni müqavilə imzalamayacaq vətəndaşların kredit tarixçələri isə başqa kreditlərini ödəmə intizamına görə müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Realpress.az


30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

23 Mar 2020
İqtisadiyyat

Dollar yenə bahalaşdı - Rusiyada

Ötən həftənin sonuna doğru Rusiyada 79 rubla qədər geriləyən dollar bu gün yenidən bahalaşıb.