Parisdə Nəsiminin yubileyi qeyd olunacaq

Parisdə Nəsiminin yubileyi qeyd olunacaq
15 May 2019 15:57

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün mayın 14-dən Fransanın paytaxtı Parisdə səfərdədirlər.

Realpress.az xəbər verir ki, bir çox dünya ölkələrinin nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatılacağı tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən UNESCO-nun mənzil qərargahında keçiriləcək.

Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.


Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaqdır.

Səfər mayın 19-da başa çatacaq.


17 Okt 2019
Mədəniyyət

Muğam mərkəzində pulsuz konsert olacaq - Sara Qədimovaya həsr edilir

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Sara Qədimovaya həsr olunacaq.

16 Okt 2019
Mədəniyyət

Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.

9 Okt 2019
Mədəniyyət

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim