2019-cu ildə istehlakçılar texnologiyalara 1,32 trilyon dollar xərcləyəcək

2019-cu ildə istehlakçılar texnologiyalara 1,32 trilyon dollar xərcləyəcək
15 May 2019 16:14

“IDC” analitiklərinin proqnozuna görə, 2019-cu ildə texnologiyalara istehlak xərcləri 3,5% artaraq 1,32 trilyon ABŞ dollarına yaxınlaşacaq. Mütəxəssislər hesab edirlər ki, 2018-dən 2022-ci ilədək texnologiyalar bazarının həcmi orta hesabla 3% artaraq dövrün sonuna 1,43 trilyon dollar təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2019-cu ildə istehlak xərclərinin strukturunun 96%-dən çox hissəsini ənənəvi texnologiyalar (kompüter qurğuları və mobil telefonlar, həmçinin mobil rabitə xidmətləri) təşkil edəcək. Baxılan dövrdə ənənəvi texnologiyalara istehlak xərcləri ildə təxminən 2,4% artacaq.

Eyni zamanda 2022-ci ilədək yeni, inkişaf etməkdə olan texnologiyalara (virtual və artırılmış reallıq qurğuları, pilotsuz uçan aparatlar, robotlar, "ağıllı ev" üçün cihazları və daşınan elektronika) xərclər ildə orta hesabla 20%-dən çox artacaq. Proqnoza əsasən, 3 il sonra istehlak xərclərinin 5%-dən çox hissəsi inkişaf etməkdə olan texnologiyaların payına düşəcək.

Realpress.az



20 Sent 2019
İT

2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna görə, 2020-ci ildə beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcmi 260 milyona yaxınlaşacaq. 2019-cu ildə “5G”-aparatların tədarük həcmi 11,4 milyon səviyyəsində gözlənilir.

20 Sent 2019
İT

“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda çatıb. Bu barədə “Ovum” analitik şirkətinin sahə üzrə “5G Americas” Assosiasiyasına istinadən məlumatında deyilir.

20 Sent 2019
İT

Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri ehtimala əsaslanan kompüter sxemi üzrə işləyən ilk qurğu təqdim ediblər. Bu haqda “Science Daily” nəşri yazıb. 

20 Sent 2019
İT

"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

20 Sent 2019
İT

“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

"Facebook" şirkəti televizordan "Messenger" və "WhatsApp" proqramları vasitəsilə videozənglər etməyə imkan verən "Portal TV" qurğusunu təqdim edib. Sözügedən qurğu səsli idarəetməni dəstəkləyir.