Miri Yusif səfir seçildi

Miri Yusif səfir seçildi
16 May 2019 11:57


Azərbaycanın Əməkdar artisti, müğənni Miri Yusif bu ilin 16-22 sentyabrında Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

Realpress.az xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək.

Bunlarla yanaşı, o, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, dünya çempionatının daha bir səfiri dördqat dünya, ikiqat Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı (Atlanta-1996) olmuş sabiq bədii gimnast Yana Batırşinadır.

Qeyd edək ki, hər iki ulduz səfir ötən ay paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları izləyib.

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.