Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib.
Ona bu orden Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə verilib.
Məlumat üçün bildirək ki, Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova 1929-cu il mayın 17-də doğulub. Sabah onun 90 yaşı tamam olacaq.
R.Cəlilova Prezident təqaüdçüsüdür.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.