Çingiz Mustafayev: Daxilimdə bir güvən hissi, inam var - VİDEO

Çingiz Mustafayev: Daxilimdə bir güvən hissi, inam var - VİDEO
17 May 2019 09:19


Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Tel-Əviv şəhərində möhtəşəm şəkildə təşkil olunan, “Dare to Dream”dir (“Arzulamağa cürət et”) şüarı ilə keçən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.

Realpress.az, gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin – Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta təmsilçiləri təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Müsabiqədə ölkəmizi layiqincə təmsil edən Çingiz qalibiyyətinə inandığını dilə gətirib:

“Daxilimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.

İkinci yarımfinal bitəndən sonra finalçıların finalda çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib. Püşk atmada Çingiz 20-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində “Truth” mahnısını səsləndirəcək.


6 Dek 2019
Mədəniyyət

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət”

Elxan Nəcəfovun tərtib etdiyi “ Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında qeydlər

28 Noy 2019
Mədəniyyət

“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına

Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

20 Noy 2019
Mədəniyyət

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Alim Qasımov öz adını verdiyi kiçik nəvəsi Alimlə muğam ifa edib.