Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı

Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27 May 2019 13:29

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal balı açıqlayıb.

DİM-dən Realpress.az-a verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsində (buraxılış imtahanı) 3 fənn üzrə imtahan verilir və maksimal 300 bal toplamaq mümkündür.

Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50.00 bal toplanıla bilər.

Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.25 bal toplanıla bilər.

Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.16 bal toplanıla bilər.

Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.41 balı uzun illərdir istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardan əldə edirlər.

Qəbul imtahanının 2-ci mərhələsində 3 fənn üzrə imtahan verilir və maksimal 400 bal toplamaq olar.

Hər bir fənn üzrə qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli 27 tapşırıqdan (22 qapalı + 5 ənənəvi açıq) 81.82 bal toplamaq mümkündür.

İmtahanda 3 fənn və 2 əsas fənn üzrə çəki əmsalının 1.5 olduğunu nəzərə alsaq ümumilikdə 327.28 bal toplamaq olur. Yəni abituriyentlər imtahanın ikinci mərhələsində toplaya biləcəkləri 400 baldan 327.28 balı qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

Beləliklə abituriyentlər imtahanın hər iki mərhələsi üzrə toplaya biləcəkləri 700 baldan 495.69 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər. Onlar yeni növ, yəni yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlardan 204.31 bal toplaya bilərlər.

Qeyd edək ki, qəbul imtahanlarında qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal bal DİM-in saytında cədvəl şəkilində verilib: http://dim.gov.az/news/3632/



22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.