Deputatlarımız bu gün hansı komandaya azarkeşlik edəcək? - SORĞU

Deputatlarımız bu gün hansı komandaya azarkeşlik edəcək? - SORĞU
29 May 2019 12:08


Məlum olduğu kimi, bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcək. 

Realpress.az-ın əməkdaşı millət vəkilləri arasında Avroliqa finalı ilə bağlı sorğu keçirib. 

O, deputatlardan London derbisini hansı klubun qazanmasını istədiklərini soruşub.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, onun üçün kimin qələbə qazanmasının önəmi yoxdur:

“Mən iki güclü komandanın oyununa baxmaq istəyirəm. Finalda Azərbaycan və ya Türkiyə klubu olsaydı, onlara azarkeşlik edərdim”. 

Millət vəkili Fazil Mustafa oyunu stadionda izləyənlərdən olacaq:

“Final oyunu üçün biletim var. “Çelsi” klubunun qələbə qazanmasını istəyirəm”. 

Millət vəkili Siyavuş Novruzov isə “Arsenal”a azarkeşlik etdiyini bildirib:

 “Ümid edirəm ki, Bakıda keçiriləcək möhtəşəm finalda “Arsenal” qalib gələcək”. 

Millət vəkili Ağacan Abıyev maraqlı qarşılaşma izləyəcəyinə ümid edir:

“Mənim üçün finalda kimin olmasının önəmi yoxdur. Ümid edirəm ki, maraqlı qarşılaşma izləyəcəyik. Mən maraqlı oyuna azarkeşlik edəcəyəm”. 

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. 


3 İyul 2020
İdman

Həbib Nurməhəmmədovun atası vəfat etdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.

3 İyul 2020
İdman

Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

2 İyul 2020
İdman

AFFA dörd komanda üçün Nazirlər Kabineti ilə danışıqlar aparır

AFFA Nazirlərlər Kabineti ilə avrokuboklarda çıxış edəcək dörd Azərbaycan klubu ilə bağlı danışıqlar aparır.

1 İyul 2020
İdman

“Zadəganlar”ın yeni mövsüm üçün forması - FOTO

İngiltərənin “Çelsi” futbol klubu 2020/2021-ci illər mövsümü üçün yeni formasını təqdim edib.