"Bakıda əsl futbol bayramı yaşanır"

"Bakıda əsl futbol bayramı yaşanır"
29 May 2019 16:44

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa bilet alanda həlledici görüşdə hansı komandaların qarşılaşacağı hələ müəyyənləşməmişdi. Dostumla birgə final matçını Bakıda izləmək qərarına gəldik. Bakını gəzərkən necə doğru qərar verdiyimizə bir daha əmin olduq. Çünki Azərbaycanla bağlı təəssüratlarımız çox yüksəkdir. Qarşılaşmanı izləmək üçün Bakını seçdiyimizə görə məmnunuq. Oyundan sonra bir müddət ölkənizdə qalıb istirahət edəcək, gəzəcəyik.

Realpress.az bildirir ki, bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün dostu Vitali Romanovla birlikdə Bakıya gələn rusiyalı Yevgeni Şişov AZƏRTAC-a müsahibəsində deyib.

Rusiyalı turistlər Azərbaycan mətbəxinin ləziz təamlarından daddıqlarını, daha çox şirniyyatları bəyəndiklərini diqqətə çatdırıblar.

Vitali Romanov təəssüratlarını bölüşərkən bildirib: "Bakıda əsl futbol həyəcanı yaşanır. Sanki Bakı şəhərinin özü böyük bir futbol arenasına çevrilib. Şəhərdə xoş ab-hava hökm sürür. İnsanlar böyük oyunu səbirsizliklə gözləyirlər. Əminəm ki, bu gün maraqlı oyunun şahidi olacağıq".


18 Sent 2019
İdman

Futbol dünyasını yasa boğan xəbər - Riksen vəfat etdi

Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen bu gün vəfat edib.

18 Sent 2019
İdman

Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

18 Sent 2019
İdman

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. 

18 Sent 2019
İdman

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi