Ramil Quliyev İsveçdə növbəti medalını qazandı

Ramil Quliyev İsveçdə növbəti medalını qazandı
31 May 2019 11:39


Azərbaycanlı atlet Ramil Quliyev İsveçin paytaxtı Stolkholmda keçirilən Brilyant Liqa yarışının 200 metr yarışlarında növbəti medalını qazanıb.

Realpress.az xəbər verir ki, Türkiyə adından çıxış edən Quliyev finişə 20.40 saniyəyə çatmaqla ikinci olub.

Halbuki o, ötən il bu yarışda 19.22 nəticə göstərərək birinci olmuşdu.

Qeyd edək ki, birinci yeri kanadalı Aaron Braun tutub. O, 20.06 saniyəyə finişə çatıb. Trinidada və Tobaqodan olan Cerim Riçards isə 20.45 nəticə ilə bürünc medal qazanıb.

Yeri gəlmişkən, Aaron Braun Ramil Quliyevi necə qabaqlamasından danışıb:

“Bilirəm ki, 200 metrdə dünyada ən yaxşı start götürənlərdən biriyəm. İlk 100 metri sürətli qaçıram. Mənim rəqiblərim finişə yaxınlaşanda çox güclü qaçırlar. Ona görə də başlanğıcda onlarla aramdakı fərqi yaratdığıma əmin oldum və sonra bu məsafəni qorumağa çalışdım.

Oyun planım belədir. Quliyev güclü finişçidir. O, bir neçə dəfə məni keçib. Amma bu dəfə onunla aramda məsafə qoymağa çalışdım və bunu sonadək qoruyub saxladım”.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.