Nazirdən pensiya açıqlaması: Beş illik plan hazırlanır

Nazirdən pensiya açıqlaması: Beş illik plan hazırlanır
31 May 2019 15:30


Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.

Realpress.az-ın  xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır:

“Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq”.


3 İyul 2020
İqtisadiyyat

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

2 İyul 2020
İqtisadiyyat

İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL

Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan fərdi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq tədbirləri bir sıra ölkələrdə pərakəndə benzin satışı qiymətlərinin görünməmiş dərəcədə ucuzlaşmasına səbəb oldu. Bu proseslər Azərbaycanın yanacaq bazarına da təsir etdi; idxal olunan yüksək oktanlı benzinin qiymətləri mart və may aylarında ucuzlaşdı. Lakin iyun ayının sonunda bazar konyunkturasında dəyişiklik dünya miqyasında yanacaq qiymətlərinin artmasına səbəb oldu, bu da təbii olaraq Azərbaycana idxal olunan “Premium Euro-95”in pərakəndə satış qiymətlərinə təsir etdi.

1 İyul 2020
İqtisadiyyat

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində YENİ MEXANİZMLƏR -VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.