Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərə çağırış etdi

Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərə çağırış etdi
04 İyun 2019 09:44

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi ermənilərə çağırış edib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, icma ermənilərdən işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi dağıtmağa son qoymalarını tələb edir:

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib. Ermənistan ictimaiyyəti üçün erməni dilində hazırlanan video-çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimizin durumu arasında paralellər aparılıb. Vurğulanıb ki, Azərbaycan Hökumətinin qərarı ilə erməni kilsəsi "Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı" siyahısına daxil edildiyi halda işğal altında olan ərazilərdə dini abidələrimiz məhv edilir. Əfsuslar olsun ki, Azərbaycan dövləti belə bir addım atdığı halda Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionu və ətraf rayonlarda xalqımıza məxsus izləri silməyə, tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv etməyə çalışır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Azərbaycanda isə ermənilər də daxil olmaqla, digər etnik azlıqlara məxsus maddi və mədəni irs nümunələrinə hər zaman hörmət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xalqımızın yaşam tərzinə çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini abidələrimizi bərpa edərək onlara yenidən həyat bəxş edəcəyik".


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.