Qulaqlarda küy - təhlükəli simptom

Qulaqlarda küy - təhlükəli simptom
04 İyun 2019 14:11

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur.

Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir.

Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin "tinnitus" istifadə olunur. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir. Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir.

Qulaqlarda xroniki küyün səbəbləri müxtəlifdir - adi yorğunluqdan, stresdən başlayaraq beyin şişlərinə kimi.

Qulaqlarda küy bu səbəblərə görə ola bilər:

- Baş və qulaq travmaları.

- Qulaqda iltihabi proseslər.

- Beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması. Bu çox təhlükəli simptomdur. Belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər. Bu səbəbdən əgər sizi daim nəbz kimi vuran küy narahat edirsə, mütləq həkimə müraciət edin.

- Vestibulyar apparatının fəaliyyətində pozulmalar.

- Boyun osteoxondrozu. Bu xəstəlik zamanı fəqərə arası disklərdə pozulmalar yaranır - disklər nazilir, dağılır. Nəticədə fəqərələr arasında keçən damarlar və sinirlər sıxılır. Damarların sıxılması isə beyin qan dövranının pozulmasına səbəb olur.

- Nevroz, stress, həddən artıq yorğunluq.

- Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.

- Beyin şişləri (xoş və bədxassəli).

- Nevroloji və psixiki pozulmalar.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu

- Meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər).

Beləliklə, əgər sizi qulaqlarda küy narahat edirsə, bu küy artır və s. mütləq həkimə müraciət edin. Hətta belə cüzi simptom bəzən çox ciddi xəstəliyin simptomu ola bilər.

Realpress.az


18 Sent 2019
Maraqlı

Bred Pitt kosmosla canlı bağlantı etdi - FOTO

Məşhur aktyor Bred Pitt NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə canlı danışaraq suallarına cavab alıb.

18 Sent 2019
Maraqlı

İnstaqramda möhtəşəm yenilik - İstifadə QAYDASI

“Facebook”un İnstaqram üçün elan etdiyi yeni funksiya bütün istifadəçilər üçün əlçatan olub.

18 Sent 2019
Maraqlı

Yerdən kənarda həyat var — Aya uçmuş astronavtdan şok etiraf

Maykl Kollinz yer kürəsindən kənar həyat haqqında danışıb.

17 Sent 2019
Maraqlı

"Onunla yaşadığım illərin hər dəqiqəsi halal xoşu olsun" - Sərdar Ortac

Müğənni Sərdar Ortac bir ay bundan öncə beş il birlikdə yaşadığı Chloe Loughnanla bağlı məsələlərə aydınlıq gətirib.