Azərbaycanda ilk dini animasiya (VİDEO)

Azərbaycanda ilk dini animasiya (VİDEO)
07 İyun 2019 12:46

Tanınmış məddah Seyid Taleh Boradigahi Azərbaycanda dini animasiya filmi ilə daha bir ilkə imza atıb.

S.Taleh Boradigahinin öz "Youtube" səhifəsində paylaşdığı Azərbaycanda ilk dini animasiya filmi hesab olunan «Bismillah» filmi tez bir zamanda çoxsaylı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. 

«Bismillah» cizgi filmi körpələrin zehnini inkişaf etdirəcək gücə sahibdir. Üstəlik də S.Taleh Boradigahinin öz "Youtube" səhifəsində paylaşdığı sözügedən animasiya filmini izləyənlərin rəylərindən göründüyü kimi, uşaqlar bu cizgi filminə baxmaqdan xüsusi zövq alırlar.

Emin Əliyevin rejissorluğu ilə ərsəyə gələn filmin əsas qayəsi ondan ibarətdir ki, hər sözə, hər bir işə, hətta yeməyə Allahın adı ilə, yəni “Bismillah”la başlayıb, “Əlhəmdülillah”la bitirmək lazımdır. Çünki bu, insanı fərahlığa, doğruluğa, halallığa və sonsuz xoşbəxtliyə qovuşduran imani sirdir. Filmi izlədikcə bir daha əmin olursan ki, dünyada heç nə təbiətin rəngləri, ilahi səsləri, gözəllikləri ilə əvəz oluna bilməz. 

S.Taleh Boradigahinin uğurlu ifası ilə təqdim edilən «Bismillah» nəğməsinin sözləri İkrəm Əliyevə, musiqisi və aranjimanı Samir Şirinova məxsusdur. Filmin məsləhətçisi uşaq psixoloqu Samirə Muxtarovadır. 



Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.