BKS-a bir aylıq səfər kosmik turistə 59 milyon dollara başa gələcək

BKS-a bir aylıq səfər kosmik turistə 59 milyon dollara başa gələcək
08 İyun 2019 08:48

Beynəlxalq Kosmik Stansiyaya uçuş və orada bir ay qalmaq kosmik turistə 59 milyon dollara başa gələ bilər.

Realpress.az oxu.az-a istinadən bildirir ki, bu barədə Aeronavtika və kosmik məkanın tədqiqatı üzrə ABŞ-ın milli idarəsinin (NASA)  maliyyə direktoru Ceff Devit brifinqdə bildirib.

Qeyd edək ki, NASA cümə günü BKS-nın kommersiya şirkətləri tərəfindən istifadəsinin genişləndirildiyini, eləcə də kosmik turizm, istehsal və marketinq üçün orbital stansiyanın açıldığını elan edib. Agentlik 2020-ci ildən başlayaraq hər il iki qısamüddəli turistik missiya yollamağı planlaşdırır.

Devit əlavə edib ki, orbitdə qalmaq, qidalanmaq, eləcə də həyat təminatı sistemlərindən istifadə üçün ödənişi turist artıq NASA-ya edəcək.

"Kobud desək, bunun bir gecəsi 35 min dollara (ayda bir milyona) başa gəlir", - deyə Devit bildirib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.