Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı
08 İyun 2019 09:09


Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.

Realpress.az “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.

“Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, - Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.

Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.

“Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, - deyə çempion bildirib.

18 Sent 2019
İdman

Futbol dünyasını yasa boğan xəbər - Riksen vəfat etdi

Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen bu gün vəfat edib.

18 Sent 2019
İdman

Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

18 Sent 2019
İdman

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. 

18 Sent 2019
İdman

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi