Bakıda kriminal avtoritet qətlinin TƏFƏRRÜATI - O, maşında tək olmayıb - VİDEO - FOTO

Bakıda kriminal avtoritet qətlinin TƏFƏRRÜATI - O, maşında tək olmayıb - VİDEO - FOTO
08 İyun 2019 10:00

Bakıda silahlı insident olub.

Realpress.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. İlkin məlumata görə, onun kriminal avtoritet olduğu deyilir.

Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı "BMW X5" markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.

Qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.

Bu, Cəlalov Taleh İbrahim oğludur. 

Hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı "BMW X5" markalı avtomobil Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Məlumata görə, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər. Avtomobilə baxış keçirən polis oradan odlu silah tapmasa da, bəzi soyuq silah və küt alət aşkarlayıb.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. Hazırda polis həmin şəxsin axtarışlarını aparır.

Hazırda fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.