İtkin düşmüş rəqqasənin meyiti çaydan tapıldı - FOTO/VİDEO

İtkin düşmüş rəqqasənin meyiti çaydan tapıldı - FOTO/VİDEO
08 İyun 2019 10:46


Reyn çayından (Almaniya) “Romania Got Talent” (Romanii Au Talent) şousunda məşhurlaşmış rumıniyalı akrobat-rəqqasə Alla Kliştanın meyiti tapılıb.

Bu haqda “Fashion Behind The Scene” nəşri yazır.

Meyiti Baden-Vuttenburq şəhərində təsadüfən yoldan keçən iki şəxs aşkarlayıb və bu barədə polisə xəbər verib. Növbəti gün yerli hüquq-mühafizə orqanları əməkdaşları əsas şübhəli qismində onun keçmiş sevgilisini həbs edib.

33 yaşlı akrobat aprel ayından itkin düşmüşdü. O, Frankfurtda qala-gecədə çıxış etməli olsa da, həmin vaxtdan bəri ondan xəbər-ətər olmayıb.

Freyburq şəhər prokurorluğu əsas versiya kimi onun qətl qurbanı olmasını nəzərdən keçirir.

Müstəntiqlər akrobatın çayda boğulmadığına əmindir. Qurbanın qohumları ilə aparılan sorğu-sual nəticəsində məlum olub ki, cütlüyün münasibətlərində son vaxtlar ciddi problemlər yaşanırmış. Onlar artıq birgə yaşamasalar da, münasibətlərini davam etdirirmişlər.

İstintaq davam edir.



23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.