Rövşən Lənkəranskinin "bandası” həbs edildi - VİDEO

Rövşən Lənkəranskinin "bandası” həbs edildi - VİDEO
08 İyun 2019 11:22

Rusiya Federasiyasının Nijni Tagil şəhərinin Lenin rayon məhkəməsində mediada “Rövşən Lənkəranskinin bandası” adlandırılan 12 nəfərlik cinayətkar qrupa hökm oxunub.               

Realpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Telman Vəliyev, İsa Əbilov, İlkin Əbilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qayov, Emil İgidov, Xıdır Hacıyev, Eduard Trakslel, Orxan Muradov və Roman Lenkov quldurluq və soyğunçuluq, qanunsuz silah alveri, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta dərəcədə zərər vurmada ittiham ediliblər.

Məhkəmənin çıxardığı hökm belə olub: İsa (9 il) və İlkin  (8,5 il) Əbilov qardaşları cəzalarını ciddi rejimli cəzaçəkmə koloniyasında çəkəcəklər.

Vəliyev 8 il, Allahverənov 6 il, Abbasov 4,5 il, Vidak 3,5 il, Gayov 3 il, İgidov 3 il, Hacıyev 4 il, Traksel 4,5 il, Muradov 4 il, Lenkov 4,5 il müddətində azadlıqdan məhrum olunublar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

Cinayətkar dəstənin başçısı Telman Vəliyev 4 avqust 2016-cı ildə həbs olunub. Vəliyevin bandası 2016-cı ildə Türkiyədə güllələnmiş “qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski) idarəsi altında olub.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.