Bu gün 9 saat TV və radio işləməyəcək

Bu gün 9 saat TV və radio işləməyəcək
10 İyun 2019 08:42


10 iyun tarixində Azərbaycan ərazisində teleradio yayımı dayandırılacaq.

Realpress.az “Teleradio" İB-yə istinadən xəbər verir ki, bu gün saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq.

Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.

Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.

19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.