Yerə asteroid düşə bilər

Yerə asteroid düşə bilər
10 İyun 2019 09:28


Futbol meydançası böyüklükdə asteroid Yerə düşə bilər.

Bu barədə “İnternational Business Times” məlumat yayıb.

Asteroidin planetimizlə təmas ehtimalı yeddi mində birə bərabər qiymətləndirilir.

2006 QV89-la toqquşma 9 sentyabr 2019-cu ilə təsadüf edə bilər. Asteroid Avropa Kosmik Agentliyinin, mütəxəssislərdə daha çox narahatlıq yaradan kosmik obyektlərin siyahısında dördüncü yerdə gəlir.

Modelləşdirmə nəticələrinə əsasən, asteroid, böyük ehtimalla, Yerdən 6,7 milyon  kilometrdən çox uzaqlıqdan keçəcək.

Bundan əvvəl aprelin 18-də Harvard Universitetinin alimləri 2014-cü ilin yanvar ayında Yer atmosferinə daxil olmuş kosmik obyektin Süd Yolu diskində yerləşən başqa planet sistemindən gəldiyini açıqlayıb.

Obyektin Günəş cazibəsi ilə heç bir əlaqəsi olmayıb, yəni onun orbiti ətrafında hərəkət etməyib,  cazibə qüvvəsi asteroidin trayektoriyasına heç bir təsir göstərməyib.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.