Anarla Hüsniyə arasında dava: “Tülkü tərzli” - FOTO

Anarla Hüsniyə arasında dava: “Tülkü tərzli” - FOTO
10 İyun 2019 10:24

Aparıcı Hüsniyə Məhərrəmovanın doğum günü olan stilist Elnur Həsənova yazdığı təbrik qalmaqala səbəb olub.

Realpress.az axşam.az-a istinadən xəbər verir ki, Hüsniyə Elnurla fotosunu paylaşaraq aşağıdakı sözləri yazıb:

"Yaxşı, peşəkar olmaq, məşhurlaşmaq, milyonlarla izləyici, fanat da yığmaq olar, amma adam olmadınsa, apar tulla! Elnuru ona görə hamıdan çox istəyirəm ki, adam kimi adamdır".

Onun təbrikində yer verdiyi sözlər stilist Anar Ağakişiyevi özündən çıxarıb.

Anar İnstaqram "Story"də aparıcı ilə fotosunu paylaşıb və Hüsniyənin üzünü donuz smayliki ilə bağlayıb. O, Məhərrəmovanı paxıl, 70 sifətli adlandırıb:

"Şükür Allaha ki, dünya şöhrətli stilistəm. İstər cəmiyyətdəki hörmətimə, ailəmdən olan tərbiyəmə hər kəs bələddir. Çox şükür, Tanrım, arzuladığım hər şeyi mənə yaşadırsan. Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun dalınca danışan, etibarsız, cürət edib, sözü üzə deyə bilməyən insanları ətrafımdan yığışdırırsan.

Hər kəs kimin nə olduğunu çox gözəl bilir. Min şükür ki, bu insanın dar günündə qapımı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədərini təxmin etmirdim. Dürüst olun, Tanrım mənə yaşatdıqlarını bəlkə sizə də yaşadar.

İşim də göz önündədir, o qədər yuxarıdayam ki, aşağıdakılarla maraqlanmıram. Jey Lo demişkən, mənim öz dünyam var. Digər şeylər önəmli deyil".

Qeyd edək ki, Anarla Hüsniyə sonuncu dəfə İsraildə keçirilən "Eurovision" müsabiqəsində eyni komandada yer alıblar.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.