“Facebook”un kriptovalyutası “Libra” adlandırılacaq

“Facebook”un kriptovalyutası “Libra” adlandırılacaq
10 İyun 2019 10:42

“The Information” nəşrinin məlumatına görə, “Facebook” sosial şəbəkəsi 2019-cu ilin iyununda öz kriptovalyutasını təqdim etmək niyyətindədir və sözügedən kriptovalyuta “Libra” adlandırılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, "dövlət valyutası qeyri-sabit olan inkişaf etməkdə olan ölkələr" üçün nəzərdə tutulacaq gələcək kriptovalyuta ilə “Messenger” və “WhatsApp” daxil olmaqla müxtəlif sosial şəbəkə xidmətlərində ödəniş etmək mümkün olacaq. Həmçinin bildirilir ki, sosial şəbəkə “Libra” kriptovalyutasını qəbul edən fiziki ödəniş terminalları şəbəkəsi yaratmağı planlaşdırır.

“Facebook” yeni kriptovalyutanın idarə edilməsi üçün tərəfdaşlar axtarır.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.