“Android” smartfonlarında təhlükəli virus aşkarladı

“Android” smartfonlarında təhlükəli virus aşkarladı
10 İyun 2019 11:06


Hakerlər “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazlara işə salınmazdan əvvəl, istehsal mərhələsində virus yeritməyin yolunu tapıb.

Bu kibercinayət sxemi ilə bağlı “The Verge” nəşri “Google” mütəxəssislərinə istinadən məlumat yayıb.

Söhbət mobil cihazlarda reklam yerləşdirmək və spam göndərmək üçün nəzərdə tutulan “Triada” ailəsindən olan təhlükəli proqramlardan gedir. Məlum olub ki, yenilənmiş “Android-troyan”lar qabaqcadan telefona yazıla bilər.

Belə hiyləgər virtual hücum istehsalçı şirkətlərə funksiyaları təkmilləşdirməkdə kömək edən və hazır proqramlarla təchiz edən PT (proqram təminatı) tədarükçülərinin əli ilə törədilir. Belə tədarükçülərə çox sayda təşkilat müraciət edir. Yoluxmanın təfsilatları barədə məlumat verilmir.

“Triada” ailəsindən olan hücumlara konkret olaraq hansı smartfonların məruz qaldığı barədə məlumat verilmir.

Habelə bundan əvvəl, 2017-ci ildə Çinin “Leagoo” və “Nemu” şirkətləri bu zərərli proqramın müxtəlif variantlarını aşkarlamışdı.

“Google” əməkdaşları istifadəçilərə mobil cihazlarında virusların olub-olmamasını yoxlamaq üçün “Build Test Suite” proqramını yazmağı tövsiyə edir.

18 Sent 2019
Maraqlı

Bred Pitt kosmosla canlı bağlantı etdi - FOTO

Məşhur aktyor Bred Pitt NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə canlı danışaraq suallarına cavab alıb.

18 Sent 2019
Maraqlı

İnstaqramda möhtəşəm yenilik - İstifadə QAYDASI

“Facebook”un İnstaqram üçün elan etdiyi yeni funksiya bütün istifadəçilər üçün əlçatan olub.

18 Sent 2019
Maraqlı

Yerdən kənarda həyat var — Aya uçmuş astronavtdan şok etiraf

Maykl Kollinz yer kürəsindən kənar həyat haqqında danışıb.

17 Sent 2019
Maraqlı

"Onunla yaşadığım illərin hər dəqiqəsi halal xoşu olsun" - Sərdar Ortac

Müğənni Sərdar Ortac bir ay bundan öncə beş il birlikdə yaşadığı Chloe Loughnanla bağlı məsələlərə aydınlıq gətirib.