Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO

Hindistanda fil sürüsü balanı belə dəfn etdi - VİDEO
10 İyun 2019 12:53


Hindistanda fil sürüsü ölmüş fil balasının “dəfn mərasimi”ni keçirib. Unikal görüntünü “ParveenKaswan” adlı istifadəçi öz “Twitter” səhifəsində paylaşıb.

“Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə o, qeyd edib.

Kadrlarda filin meşədən peyda olaraq yola çıxdığını, xortumu ilə fil balasının ölüsünü tutduğunu görmək olur. Arxada xeyli yerli sakin toplanaraq kənardan bu səhnəni maraqla seyr edib. Fil balanı yolun kənarına atdıqdan sonra dayanıb. Ardınca digər filllər yavaş-yavaş yaxınlaşaraq, “cənazə”ni əhatəyə alıb.

Videonun son saniyələrində fillərdən biri xortumu ilə balanı qaldırıb, qarşı tərəfdəki meşəyə aparıb, qalan “dəfn iştirakçıları” da onun ardınca irəliləyib.

Realpress.az

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.