Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir

Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir
10 İyun 2019 13:30


Xəbər verdiyimiz kimi, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. Millimizin yeganə qolunu 69-cu dəqiqədə Mahir Emreli vurub.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın əməkdaşı Azərbaycana qol sevinci yaşadan Mahirin uğuru ilə bağlı son vaxtlar qalmaqal yaşadığı atasının - prodüser Anar Mədətovun hisslərini öyrənib. 

A.Mədətov oğlunun ondan imtina etməsinə baxmayaraq, oyunu diqqətlə izlədiyini deyib:

“Oyun günü mən xaricdə idim. Oyunu diqqətlə izlədim. Oğlum qol vurdu. Bizim komandada hədəfdə başqa oyunçu idi, lakin Mahir öz sözünü bu oyunda da deyərək, rəqib komandanın qapısına qol vurdu. Mən oğlumu mesaj yazıb təbrik etdim. Maraqlı deyil, Mahir nə yazdı, nə pozdu, hansı addım atdı, soyadını dəyişdi... O, Anar Mədətovun oğludur. Bunu hamı bilir”.

Mahirin soyadını dəyişməsi məsələsinə bir daha toxunan prodüser bunu “boş şey” adlandırıb:

“Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin. Məşqçiləri ona başa salmalıdırlar ki, səni Azərbaycanda hamı Anarın oğlu kimi tanıyır. Elnurənin oğlu desələr, heç kəs tanımayacaq. Mən ata kimi də öz missiyamı yerinə yetirirəm və yetirməkdə davam edirəm. Uşaqlarımdan imtina etməmişəm. Mən onlara görə lazım gəlsə, kimi istəsəniz, didərəm”.

Qeyd edək ki, həm Mahirin, həm də onun bacısı Ayişənin soyadını dəyişməsinə Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılaraq, vizajist Samirə adlı xanımla ailə qurması səbəb olub. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.