Sumqayıtda Cəlilabad sakini bıçaqlandı, xəstəxanada öldü

Sumqayıtda Cəlilabad sakini bıçaqlandı, xəstəxanada öldü
11 İyun 2019 15:12


Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Şəhər Prokurorluğundan realpress.az-a verilən məlumata görə, hadisə bu gün Sumqayıtda - 1-ci mikrorayon ərazisində qeydə alınıb.

24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Gənc xəstəxanada ölüb.

4-cü Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Sahib Rasim oğlu Nadirovu saxlayıblar. Hazırda saxlanılan şəxs istintaqa ifadə verir.

Cinayətin səbəbləri hələlik aydınlaşdırılmayıb.