Qayınatasını döyən beşqat dünya çempionuna azadlıq tələbi

Qayınatasını döyən beşqat dünya çempionuna azadlıq tələbi
11 İyun 2019 15:34

Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Realpress.az  virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib.

Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib.

Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmə prosesi iyunun 18-də davam edəcək.

Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər.

Qeyd edək ki, Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. 

4 İyul 2020
Cəmiyyət

Spikerə yeni köməkçi təyin olundu

Milli Məclis sədri Sahibə Qafarovaya yeni köməkçi təyin olunub.

4 İyul 2020
Cəmiyyət

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarının bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

4 İyul 2020
Cəmiyyət

Deputat Elnur Allahverdiyev: “Sahibkarlara 500 milyon manatlıq yeni kredit portfeli ayrılacaq”

“Qlobal pandemiya reallığında milli iqtisadiyyatların nə zaman işə düşəcəyi və dövlətlərarası iqtisadi münasibətlərin tam bərpa olunacağını proqnozlaşdırmaq olduqca çətindir. COVID-19 virusu artıq bütün dünyanı əhatə edir və ikinci dalğa təhlükəsi aktuallığını saxlayır. Deməli, yerli biznes və milli sahibkar zərərdə qalmaqda davam edəcək və dövlətin müdaxiləsinə ehtiyac duyacaq. Bu baxımdan, hökumətin sahibkarlara yardım məqsədilə hazırladığı növbəti dəstək paketinin ciddi önəmi var”.

4 İyul 2020
Cəmiyyət

Şəhər daxilində postların ləğv edilməsinin məqsədi açıqlandı

“Şəhər daxilində postların ləğv edilməsinin məqsədi vətəndaşlar arasında müşahidə edilən sıxlığın aradan qaldırılmasıdır”.

4 İyul 2020
Cəmiyyət

Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq - RƏSMİ

“Ölkədə pandemiya ilə bağlı zərər çəkən sahələrin müəyyənləşdirilməsi prosesi davam edir”.