Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı, aləm bir-birinə dəydi - FOTO

Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı, aləm bir-birinə dəydi - FOTO
11 İyun 2019 15:42

Sərnişin təyyarəsində maraqlı hadisə baş verib.

Realpress.az nypost-a istinadla xəbər verir ki, Mançester şəhərindən İslamabada uçan təyyarədəki sərnişinlərdən birinin səhvinə görə uçuş 8 saat təxirə salınıb.

"Pakistan International Airlines"a aid 702 nömrəli təyyarədəki qadın sərnişinlərdən biri təhlükəsizlik kəməri siqnalına əhəmiyyət vermədən yerindən qalxaraq tualetə doğru qaçıb.

Təyyarənin arxa tərəfindəki tualet qapısının bağlı olduğunu görən qadın səhvən onun yanındakı təhlükəsizlik çıxışı qapısını açıb.

Nəticədə sərnişinlərin təyyarədən sürüşərək düşməsi üçün nəzərdə tutulan hava ilə doldurulmuş sürüşkən açılıb.

Panikaya düşən digər sərnişinlər həmin sürüşkən vasitəsi ilə təyyarəni tərk ediblər.

Xoşbəxtlikdən hadisə hələ təyyarə havalanmamış baş verib.

Havayolu şirkətindən verilən açıqlamaya görə, 38 sərnişin növbəti təyyarə ilə İslamabada göndərilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.