Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib
11 İyun 2019 16:01

“İKT LAB” Tətbiq və Tədris Mərkəzi ən müasir texnoloji trendlərə əsasən mütəmadi olaraq yeni təlimlər təşkil edir. Bu dəfə intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edilib.

Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. Təlim 5 gün davam edəcək.

Realpress.az 

 

 

 


10 Sent 2020
İT

“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

3 Sent 2020
İT

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı olaraq açıq olan “bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

28 Avq 2020
İT

“Twitter”in işində nasazlıqlar yaranıb

“Twitter”in işində nasazlıqlar yaranıb. 

21 Avq 2020
İT

Sönülü telefonda yeri müəyyən etməyin yolu

Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.

19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.