Bakının Zığ şosesində sərnişin avtobusu qəzaya uğrayıb.
Realpress.az xəbər verir ki, 104 saylı marşrut xətti ilə hərəkətdə olan avtobusun qəzaya uğraması nəticəsində dörd nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 43 və 34 yaşlı qadınlar Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.
Hər dörd qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.