Facebook şirkəti ABŞ-da Qərbi Texasda günəş elektrik stansiyası qurmağı planlaşdırır.
Realpress.az Trend-ə istinadən bildirir ki, həmin stansiya ölkədə həyata keçirilən ən böyük analoji layihələrdən biri və şirkətin bərpa olunan enerji mənbələrinə olan birbaşa investisiyası olacaq.
Prospero Solar Texas layihəsi çərçivəsində qurulan elektrik stansiyası günəş enerjisinin əsas təchizatçılardan biri olub, 18 kvadratmetrə yaxın ərazini əhatə edəcək.
Stansiyanın gücü 379 MVt olacaq. Bu, 72 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.