Arıqlamaq istəyənlər üçün 5 çox sadə məsləhət

Arıqlamaq istəyənlər üçün 5 çox sadə məsləhət
12 İyun 2019 11:54

Arıqlamağın əsas qaydası yaxşı maddələr mübadiləsidir.

Maddələr mübadiləsini (metabolizmi) yaxşılaşdırmaq üçün bəzi sadə qaydalara əməl etmək kifayətdir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, diyetoloqlar və qida mütəxəssisləri maddələr mübadiləsini sürətləndirmək üçün aşağıdakı tövsiyələri verir:

1. Kifayət qədər su için.

Orqanizmdə bütün reaksiyalar su mühitində baş verir. Orqanizm kifayət qədər su almayanda bu reaksiyalar da ləngiməyə başlayır.

2. Gün ərzində 3 dəfə deyil, 5-6 dəfə qidalanın.

Həzm prosesləri maddələr mübadiləsinin sürətlənməsinə gətirib çıxardır. Bu səbəbdən insan tez-tez, lakin az-az yeyəndə maddələr mübadiləsi də sürətlənir. Belə qidalanma rejimi həzm sistemini də qoruyur.

3. Fiziki aktivliyinizi artırın.

İstənilən fizki aktivlik metabolizmi sürətləndirir. İdmanla məşğul olmağa vaxtınız yoxdursa, ən azı hər gün 30-40 dəqiqə ərzində sürətlə yeriməyə çalışın. Bu həmçinin ürək-damar sistemi üçün də çox faydalıdır.

4. Qidalanmanıza zülalın miqdarını (ət, süd məhsulları, paxlalı bitkilər) artırın.

Bu məhsulların həzmi üçün daha çox vaxt və enerji sərf olunur ki, bu da metabolizmin sürətlənməsinə səbəb olur.

Həmçinin zülallar orqanizmdə karbohidratlardan fərqli olaraq piyə çevrilmir, əzələ kütləsinin artmasına gətirib çıxardır.

5. Yeməklərə və içkilərə ədviyyatları əlavə edin.

İstiot, sarıkök, darçın, zəncəfil və digər ədviyyatlar matabolizmi və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir. 


20 Yan 2020
Maraqlı

2020-nin dijital trendləri

Marketinq, dijital marketinq, ictimaiyyətlə əlaqələr (PR) və kontent istehsal agentliyi Dijital Kalem 2020-də qarşılaşacağımız və gündəlik həyatda daha çox istifadə olunacaq dijital trendlərin TOP 10-ğundan bəhs edib.

18 Yan 2020
Maraqlı

Quru meyvələrin faydası

Soyuq fəsillərdə quru meyvələrə daha çox tələbat olur. Təbii yolla qurudulmuş meyvələrin tərkibində orqanizm üçün vacib maddələr var.

18 Yan 2020
Maraqlı

Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO

Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO

18 Yan 2020
Maraqlı

Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir. Yuxusuzluq... Görəsən, insanların çox da önəmli saymadıqları bu amil orqanizmə necə təsir edir?