Binə və Sədərəkdə vergidən yayınmalarla bağlı tədbir görülür - AÇIQLAMA

Binə və Sədərəkdə vergidən yayınmalarla bağlı tədbir görülür - AÇIQLAMA
12 İyun 2019 12:21


Binə və Sədərək kimi ticarət mərkəzlərində faktiki sahibkarların vergidən yayınma hallarının aradan qaldırılması üçün tədbirlər görülür.

Realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.

Onun sözlərinə görə, əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı:

“Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb ki, idxal-ixrac sahəsində şəffaflaşma təmin olunsun. Öz növbəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən müvafiq addımlar atılıb”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda karqo şirkətləri sırf daşıma ilə məşğuldur və ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir:

“Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımadan öz mənfəətini əldə edirlər.

Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır. 2018-ci ilin beş ayı ərzində həm dövriyyələrin şəffaflaşmasında, həm də e-qaimələrlə rəsmiləşmənin artırılmasında müvafiq olaraq daxilolmalarda ciddi artımlar olub”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.