Uşaqları işlədib pul qazananlar cərimələndi

Uşaqları işlədib pul qazananlar cərimələndi
12 İyun 2019 12:50


2019-cu ilin beş ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən üç işəgötürəni cərimələyib.

Realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib.

Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə hallarına ən çox avtoyuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir:

“Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə, bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik.

Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var. Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər.

Ancaq DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə inzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz, sadəcə, cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır”.


30 Mar 2020
Cəmiyyət

Bakıda karantini pozan 428 nəfər və 98 obyekt cəzalandırıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-də 26 cinayətin üstü açılıb.

30 Mar 2020
Cəmiyyət

“SOCAR Petroleum”: “Yanacağın satışında məhdudiyyət yoxdur”

“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

30 Mar 2020
Cəmiyyət

Arif Rəhimov: “Bakıda “Formula-1”in yeni tarixi üçün məktəbləri nəzərə almalıyıq”

“Avstraliya Qran-Prisi ləğv olunduqdan, futbol üzrə Avropa çempionatı və Olimpiya Oyunları təxirə salındıqdan sonra bizə aydın oldu ki, Azərbaycan Qran-Prisini təşkil etmək çox çətin olacaq. 

30 Mar 2020
Cəmiyyət

Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür? - ÖZƏL

Ölkə ərazisində koronavirusla (COVİD-19) mübarizə məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycanda xüsusi rejim tətbiq olunur. Koronavirusa yoluxma hallarının artması səbəbindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi martın 29-dan etibarən daha da gücləndirilib.

30 Mar 2020
Cəmiyyət

Azərbaycanın Türkiyədəki səfirliyi həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı

Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan bəri dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.