Kəndə qayıdan kişini avtomat atəşinə tutdu - Namus cinayəti

Kəndə qayıdan kişini avtomat atəşinə tutdu - Namus cinayəti
12 İyun 2019 14:35

Beyləqanda namus üstündə qətl törədilib.

Realpress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib.

20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.

15 May 2020
Kriminal

Elçin Quliyevin müavini məhkəmə önünə çıxarıldı

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və dörd vəzifəli şəxs hazırda Binəqədi Rayon Məhkəməsindədir.

15 May 2020
Kriminal

Bakıda 4400 manatlıq qoyun oğurlanıb

Son günlər Azərbaycan paytaxtında daxili işlər orqanları tərəfindən şəxsi əmlak oğurluğu ilə bağlı 20 fakt qeydə alınıb.