Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb

Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb
12 İyun 2019 15:25

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) orbitə Yerə mütəmadi qayıdacaq pilotsuz uçan laboratoriya buraxmaqla bağlı planlarını açıqlayıb. Bu barədə agentliyin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, “Space Rider” (“Kosmik atlı”) adlanan layihə kosmik tədqiqatlar üçün xərcləri xeyli azaltmağa imkan verəcək. Laboratoriya artıq sınaqdan keçirilmiş texnologiyalar – “IXV” eksperimental gəmisi və Avropanın “Vega AVUM” raketinin dördüncü pilləsi əsasında yaradılacaq. Bu isə layihənin həyata keçirilmə müddətini azaltmağa imkan verəcək.

“Space Rider” laboratoriyasının ilk buraxılışını 2022-ci ildə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan həyata keçirmək planlaşdırılır.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

Realpress.az


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.