Nabran çimərliklərində üzmək olmaz - Nazirlik açıqladı

Nabran çimərliklərində üzmək olmaz - Nazirlik açıqladı
12 İyun 2019 15:56


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Realpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. 

O bildirib ki, analizlərin nəticələrinə görə, Xaçmaz rayonu Nabran bələdiyyəsi ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır:

“Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur”.

İdarə rəisi qeyd edib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.