Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO

Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO
12 İyun 2019 16:23

Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.

Realpress.az avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.

Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.